Şəmkirdə orta məktəbdə yanğın olub

24 Dekabr 2017 17:17 (UTC+04:00)

Şəmkirdə orta məktəbdə yanğın olub.  FHN-dən verilən məlumata görə, rayonun Zəyəm qəsəbəsində 2 saylı kənd orta məktəbinin ümumi sahəsi 1914 m2 olan birmərtəbəli korpusunun çardağının yanar konstruksiyaları 114 m2 sahəsə (o cümlədən, 1 sinif otağının tavanı 30 m2), idman zalının yanar konstruksiyaları 54 m2 sahədə (ümumi 168 m2) yanıb. Korpusun qalan hissəsi və digər korpus yanğından mühafizə olunub.