Xaçmazda 58 yaşlı kişi intihar etdi

25 Dekabr 2017 10:47 (UTC+04:00)

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Ləcət kəndində 1959-cu il təvəllüdlü Bağırov Xanlar Əli oğlu özünü yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə asaraq öldürüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.