Abşeronda qadını avtomobil vurub

25 Dekabr 2017 11:29 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində orta yaşlı qadını avtomobil vurub.

Movqe.az report.az-a istinadən bildirir ki, hadisə 1980-ci il təvəllüdlü Arzuməmmədova Cəmilə Malik qızı 27-ci məhəllədə yolu keçən zaman qeydə alınıb.

Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.