Nə üçün uşaq ana bətnində təpik atır?

25 Dekabr 2017 11:38 (UTC+04:00)

Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın "Inserm" şirkətindən olan həmkarları ilə birlikdə aydınlaşdırıblar.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, görünür, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Məlum olub ki, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə - ana bətnində.