Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb

25 Dekabr 2017 11:47 (UTC+04:00)

Abşeronun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Movqe.az report.az-a istinadən bildirir ki, 1990-cı il təvəllüdlü Əkbərov Abidin Şahverdi oğlu "Abşeron" marketin qarşısında tanışı ilə əlbəyaxa olub. Bu zaman o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.