Mövsümü qrip hesab edildiyindən daha təhlükəlidir

25 Dekabr 2017 12:37 (UTC+04:00)

ABŞ-ın xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, il ərzində dünyada 646.000 adam mövsümü qripin qurbanı ola bilər. Qripin ştammından asılı olaraq, ildə 291 mindən 646 minədək adam qripə yoluxduğu üçün dünyasını dəyişir. Əvvəlki hesablamalara görə isə mövsümü qrip ildə 250 mindən 500 minədək adamın ölümünə səbəb olur. Mütəxəssislər aydınlaşdırıblar ki, mövsümi qripdən ölümün səviyyəsi dünyanın yoxsul bölgələrində və ahıllar arasında xüsusilə yüksəkdir. Belə ki, çox vaxt yaşı 75-də yuxarı olan insanlar və Afrikanın tropik bölgələrinin sakinləri qripin qurbanı olurlar. Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiya ölkələrində ölümün səviyyəsi aşağı olsa da, yenə də yüksəkdir.
Tədqiqatçılar qripin profilaktikasının əhəmiyyətli olduğunu bildirirlər. Onlar hesab edirlər ki, qarşıdan gələn qrip mövsümü çətin olacaq. Mütəxəssislər qripə qarşı universal vaksinin hazırlanacağına ümid bəsləyirlər.