Paytaxtda orta yaşlı kişi müxtəlif nahiyələrindən bıçaqlanıb

25 Dekabr 2017 13:00 (UTC+04:00)

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Movqe.az  xəbər verir ki, 1983-cü il təvəllüdlü Şailov Rəşad Əliyar oğlu 3-cü mikrorayon dairəsində tanışı ilə mübahisə edərək əlbəyaxa olub.

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.