ABŞ vətəndaşına elektrik enerjisindən istifadəyə görə 284 mlrd. dollar borc yazılıb

25 Dekabr 2017 13:12 (UTC+04:00)

Pensilvaniya ştatında yaşayan amerikalı qadına elektrik enerjisindən istifadəyə görə 284 milyard dollar məbləğində borc yazılıb.

Movqe.az report-a istinadən xəbər verir ki, 58 yaşlı Yera Mariya Horomanskinin sözlərinə görə, bunu eşidərkən onu az qala infarkt vuracaqmış.

Qadın və oğlu dərhal elektrik enerjisi tədarükçüsü ilə məsələni aydınlaşdırmağa yollanıb. Çünki qəbzdə yazılana əsasən, onlar 2018-ci il oktyabr ayının sonuna qədər göstərilən məbləği ödəməli imişlər.

Məlum olub ki, şirkətdə səhvə yol verilib.