Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib

25 Dekabr 2017 13:53 (UTC+04:00)

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Movqe.az  Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.