Vergilər nazirinin yeni müşaviri təyin olunub

25 Dekabr 2017 14:14 (UTC+04:00)

Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.

Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.