Oğluna "Bitkoin" adı verdi

25 Dekabr 2017 20:30 (UTC+04:00)

Krımda bir cütlük yeni doğulan övladına “Bitkoin” adını verib.

Movqe.az teleqraf.com-a istinadla xəbər verir ki, körpənin 31 yaşlı atası oğlunun adını Bitkoin qoymaqla kripto valyuta sənayesinə dəstək verdiyini açıqlayıb. Bitkoin sayəsində ailəsinin maddi durumunu yaxşılaşdırdığını deyən Oleq adlı krımlı qızı olarsa, ona başqa bir kripto valyutası olan Daş adını verəcəyini söyləyib.