Lavrov: "Xaricdə hərbi bazaların yaradılması Rusiya üçün məqsəd deyil"

25 Dekabr 2017 15:12 (UTC+04:00)

Movqe.az report-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz bəzi dövlətlərdən fərqli olaraq hərbi ekspansiyanın tərəfdarı deyilik. Hərbi gücü yeritmək üçün xaricdə, o cümlədən Latın Amerikasında bazalar yaratmaq bizim üçün məqsəd deyil", - o deyib.

 

Nazir vurğulayıb ki, Moskva NATO-nun Rusiya ilə sərhəd yaxınlığında hərbi infrastrukturu artırmasından və ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən ciddi narahatdır.