İtaliya kanalından 2018-ci il dünya çempionatı ilə bağlı etiraz

25 Dekabr 2017 15:54 (UTC+04:00)

İtaliyanın "Rai" telekanalı İtaliya Kubokunda "Juventus" və "Torino" arasında keçiriləcək oyunu şərhsiz yayımlayacaq. Movqe.az goal.az-a istinadən xəbər verir ki, kanalın əməkdaşları tətil elan ediblər. Bunun səbəbi İtaliyada 2018-ci il dünya çempionatının işıqlandırma hüquqlarının "Mediaset" kompaniyasına satılmasıdır. "Mediaset" 64 oyunun hamısını canlı təqdim edəcək.

İtaliya Kubokunun 1/4 finalında Turin derbisi yavarın 3-ü baş tutacaq. "Rai" kanalı tarixində ilk dəfə mundialın oyunlarını canlı yayımlamayacaq.