"Səbail"də daha bir ayrılıq

25 Dekabr 2017 16:55 (UTC+04:00)

“Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Yamin Ağakərimzadənin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Bununla bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib. “Səbail” qış fasiləsində Amit Quluzadə və litvalı Eqdaras Jarskislə yollarını ayırıb. Təyyar Məmmədovun isə icarə müqaviləsinin müddəti uzadılmayıb.