Mingəçevir Şəhər Polis Şöbəsində kadr dəyişikliyi olub

25 Dekabr 2017 17:22 (UTC+04:00)

Mingəçevir Şəhər Polis Şöbəsində (ŞPŞ) kadr dəyişikliyi olub.

Movqe.az report-a istinadən  xəbər verir ki, ŞPŞ-nın qeydiyyat və şəxsiyyət qrupunun baş inspektoru Elman Nəriman oğlu Məmmədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Qrupun yeni baş inspektoru vəzifəsinə polis kapitanı Tural Səfər oğlu Albəndəyev təyin olunub .

Qeyd edək ki, T.Albəndəyev bundan öncə Şəki Şəhər Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsində xidmət edib.