Qatı duman qəzaya səbəb oldu: ana və oğlu yaralandı

25 Dekabr 2017 17:49 (UTC+04:00)

Yevlax magistral yolunun 105 km-də qatı duman səbəbindən ağır yol qəzası bas verib.

Movqe.az milli.az-a  istinadla xəbər verir ki, Balakən rayon sakininin sükanı arxasında olduğu "VAZ-21010" qarşı tərəfdən gələn, Qobustan sakininin idarə etdiyi "VAZ-2107" ilə toqquşub.

Avtomobillərdə olan sərnişinlər-55 yaşlı Zaqatala sakini Laləndə Gülayeva, 45 yaşlı Qobustan sakini Gülşən Ağayeva və onun 22 yaşlı oğlu Hilal Ağayev xəsarət alıb.

Laləndə Gülayeva Şamaxı Mərkəzi Rayon Xəstəxanasına, digər iki yaralı Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstələrin vəziyyəti orta-ağırdır.