Yüksək keyfiyyətlə inşa edilən təmirli mənzillər bir ay ucuz qiymətə satılacaq-"Kristal Abşeron"da

25 Dekabr 2017 14:13 (UTC+04:00)

Paytaxtda inşa etdiyi binaların keyfiyyətinə, məkanına, qiymətinə görə daim seçilən “Kristal Abşeron” növbəti dəfə öz inşa etdiyi binaların qapısını media nümayəndələrinin üzünə açmışdı. Tikinti davam edə-edə jurnalistlər üçün üç inşaat layihəsi ilə yaxından tanış olmaq, inşaat prosesini izləmək, istifadə edilən materialların keyfiyyəti ilə yaxından tanış olmaq fürsəti yaradan şirkət, media tur zamanı media nümayəndələrinin sualları da cavabsız qoymadı. İlk üz tutduğumuz məkan, “Kristal Abşeronun” yer seçiminə görə, ən çox müştəri diqqəti cəlb edən layihəsi,  “8-ci Mikrorayon”da inşa etdiyi yaşayış kompleksi oldu. Biz burada olarkən tikinti işlərinin sürətlə davam etdiyinin, işlərin çevik və keyfiyyətli aparıldığının canlı şahidi olduq. Jurnalistlərə ətraflı məlumat verilərək bildirildi ki,  yaşayış kompleksi 3 binadan ibarətdir.

Metronun iki aadımlığında sərfəli qiymətə mənzillər...

“Kristal Abşeron” “8-ci Mikrorayon” layihə rəhbəri Elçin Hüseynov jurnalistlərlə söhbət zamanı iki binada artıq tamamlama işlərininin aparıldığını söylədi: “Hazırda siz gördüyünüz kimi, mənzillərdə təmir işləri aparılır. Birinci binada 10-cu mərtəbəyə qədər oboylama, 16-cı mərtəbəyədək də kafel-metlax işləri görülüb. İkinci binada mənzillərdə üzlük işi tamamilə qurtarıb, 10-cu mərtəbəyə qədər kafel-metlax vurulub. Parket  işi də tamamlanıb. Nəzərdə tutmuşuq ki, 2018-ci ilin fevral ayının sonuna 3 binadan 2-sinin təhvil verək. 3-cü binanın isə bir ay sonra, mart ayında istifadəyə verilməsi nəzərdə tutulur. E. Hüseynov işlərin sürətlə aparılmasına baxmayaraq, tikinti və təmirin peşəkar ustalar tərəfindən, keyfiyyətə riayət etməklə aparıldığını söylədi. Onun sözlərinə görə,  evləri tam təmirli müştərilərinə təqdim edən “Kristal Abşeron” şirkəti onların zövqünü nəzərə alır: “Kim deyirsə biz mənzilləri öz istədiyimiz kimi təmir edirik, bu yanlış məlumatdır. Mənzillər sahibinin istəyinə uyğun təmir edilir”.

Jurnalistlər də binada olarkən təmir işlərinin fərqli dizaynda aparıldığının şahidi oldular. Oboyların çeşidi, istifadə edilən materialların fərqliliyi binada təmir işlərinin hər müştərinin öz zövqünə görə aparıldığından xəbər verirdi. Hamamların fərqli kafel və metlaxlarla təmir olunması, dekorların fərqliliyi sübut edirdi ki, şirkət müştərilərə verdiyi sözü tutaraq mənzilləri onların zövqünə uyğun təmir edir.  Burada olarkən onu da öyrəndik ki, binalar 315 mənzildən ibarətdir. “Kristal Abşeron”un binalarının əlverişli zonada yerləşməsi də şirkətin həyata keçirdiyi layihələrə marağı artırır. Elə bu səbəbdən də, E. Hüseynov artıq mənzillərin 80 faizinin satıldığını bildirdi: “Siz görürüsünüz ki, “Kristal Abşeron”nun inşaat üçün seçdiyi məkanlar da insanların rahatlığına hesablanıb.  “8-ci Mikrorayon”da inşaa edilən bu binalar “Azadlıq” metrostansiyasına yaxındır”.

Təmir müştərinin zövqünə uyğun aparılır

Həmsöhbətimiz burada mənzillərin 1 kvadrat metrinin qiymətinin 1480 manatdan təklif olunduğunu söylədi. Onun sözlərinə görə, mənzillərin təmir edilərək təhvil verildiyindən, müştərilərə də əziyyət düşmür: “Müştərilər divar kağızını, kafel-metlax, parket seçimini, hətta otaq qapılarını da özləri seçirlər. Binanın satış ofisində təmirdə istifadə edilən materialların nümunələri qoyulub. Mənzil sahibi otaqlara uyğun divar kağızını, qapıları, hamam və tualetin kafelini seçə bilər. Təmir alıcının seçdiyi materiallar ilə, istəyinə uyğun dizaynda aparılır”.

 

Jurnalistlər binanın ofisində nümunə üçün qoyulan tikinti materiallarına da baxış keçirdilər. Burada məlumat verildi ki, təmirdə istifadə edilən oboylar İtaliya, kafel-metlax İspaniya, santexnika aksesuarları və pəncərələr Türkiyə, qapılar Belarusiya, parket Macarıstan və Rusiya istehsalıdır. Ümumiyyətlə təmirdə istifadə edilən materialların 80%-i Avropa ölkələrində istehsal olunur. Jurnalistlər 1,2 və 3 otaqlı mənzillər ilə də tanış oldular.  

Çöldən soyuğu, içəridən istini tutub saxlayan daş yun izolyasilı mənzillər...

 Mənzillərin zövqlü təmiri ilə yanaşı, hava soyuq olmasına baxmayaraq tikintisi tamamlanmamış binada otaqların isti olması da jurnalistlərin marağına səbəb oldu. Elçin Hüseynov bildirdi ki, “Kristal Abşeron”un inşa etdiyi binalarda mənzillər qışda isti, yayda da sərin olur: “Bu da bizim  ən böyük üstünlükərimizdən biridir. Çünki, binanın çölü daş yunla üzlənir. Daş yun qışda soyuğu, yayda istini keçirmir. Daş yun istini içəridən çölə, soyuğu da içəriyə buraxmır. Başqa binalarda əlinizi divara vursanız soyuq olacağını hiss edəcəksiniz. Bizim binalarda divarlar normal otaq tempraturunda olur. Daş yun yanğına da davamlıdır. Daş yun imkan verir ki, mənzil sahibi qışda istiliyə, yayda da sərinliyə çox pul xərcləməsin. Ona görə də bu binada küncdən ev almaq artıq müştəriləri narahat etmir. Elə layihə rəhbəri öz mənzilinin də künc divardan olduğunu söylədi”.

Qış ola, jurnalistlər binada istiliklə bağlı sual ünvanlamaya…
E. Hüseynov deyir ki, əvvəl binanın layihəsində binanın mərkəzləşmiş istilik sistemi ilə təmin olunması nəzərdə tutulsa da, sonra sakinlərin təklifi ilə bu layihə dəyişdirilib: “Bizim mərkəzləşmiş istiliklə təminat layihəmiz Bakı Şəhər İcra Hakimiyyətində təsdiqlənmişdi. Amma biz müştərilərimizi razı salmaq, onların fikrinə hörmət etmək prinsipi ilə işləyirik. Bina sakinlərinin əsas qismi istilik sisteminin fədi olmasını tələb etdi. Ona görə də bu binada mənzillər kombi sistemi ilə qızdırılacaq. Bu, sakinlər üçün çox sərfəlidir. Amma bu o demək deyil ki, biz istilik problemini həll etməyi sakinlərin öz ixtiyarına buraxırıq. Bu məsələdə də sakinlərin yanındayıq. Bu layihədə təmirə kombi də daxildir. Biz istilik xəttini çəkib, qızdırıcı panelləri yerləşdiririk. Sakinlərə qalər mebellərini gətirib öz mənzillərində rahat yaşamaq”.
Yeni tikililərdə priotet məsələlərdən biri də yanğından mühafizə məsələsidir. Elə odur ki, E. Hüseynovdan binanın yanğın zamanı sakinləri təxliyyə etmək üçün ayrıca giriş və çıxış pilləkəninin olub-olmadığı ilə maraqlanırıq. E. Hüseynovla söhbət edə-edə binanın çölündən quraşdırılmış yanğından mühafizə pilləkənləri ilə aşağı enirik. Həmsöhbətimiz deyir ki, binanın layihələndirilməsində ən kiçik nüanslar belə diqqətdən yayınmayıb. Buna da səbəb, layihədə peşəkar inşaatçıların çalışmasıdır.

 Bünövrəsi dəmir filizindən olan armaturlarla tökülən yaşayış kompleksi...

“Kristal Abşeron” “8-ci Mikrorayon” layihəsi ilə tanışlıqdan sonra üz tuturuq şirkətin “Qara Qarayev” layihəsinə. Qara Qarayev metrostansiyasına yaxın yerdə yerləşən yaşayış kompleksi şirkətin ən uğurlu layihələrindən biri sayıla bilər. Ərazinin böyüklüyü, inşa edilən binaların sayı yaxın gələcəkdə buranın şəhər içində kiçik şəhərciyə çevriləcəyindən xəbər verir. Elə biz burada olarkən, satış ofisi qarşısında xeyli müştəri ilə rastlaşdıq. Mətbuat nümayəndələrini salamlayan satış müdiri Anar Qurbanov jurnalistlərə bildirdi ki, “Qara Qarayev” lahiyəsi tam hazır olduqda ərazidə 12 bina olacaq: “Layihə 8 rəqəmi şəkilindədir. Birinci mərhələdə 6 binanın tikintisi başa çatdırılıb. Binalardan 3-ü təhvil verilib,  hazırda digər 3 binada mənzillərin təmiri aparılır. 4-cü bina bir ay ərzində, digər binalar isə qarşıdakı 6 ay ərzində yaşayışa təhvil veriləcəkdir. Birinci mərhələdə tikilmiş 6 binanın hər biri 16 mərtəbə və mansarddan ibarətdir. İkinci mərhələ üzrə tikilən binalar isə 19 mərtəbə və mansarddan ibarət olacaqdır. Artıq ikinci mərhələ üzrə bir binanın tikintisi aparılır. Qeyd edim ki, mansarlar da yaşayış tiplidir. Layihələndirmədə mansara da qaz, su veriləcək”. 

Anar Qurbanov jurnalistlərin diqqətini inşaat işlərində istifadə edilən tikinti materiallarına çəkdi. Onun sözlərinə görə, binanın tikintisində istifadə edilən beton və armatur 100% keyfiyyətlidir: “Mən deyərdim ki, armatur binanın “onurğa sütunudur”. Binaların tikintisində istifadə edilən armaturlar Rusiyanın Çelyabinski şəhərində fəaliyyət göstərən zavoddan alınır.  Bu armaturlar tullantılardan istehsal edilmir, sırf dəmir filizindən əldə olunur. Ona görə də, biz həmin armaturlara üstünlük veririk. Beton da keyfiyyətlidir. Yüksək keyfiyyəti almaq üçün Almaniyanın şirkətinin qəliblərindən istifadə olunur. Bu qəliblər hesabına betonda yüksək marka -350 marka keyfiyyət alınır. “Kristal Abşeron” layihəsində də binalar daş yun ilə üzlənir. Vulkanik mənşəli, bazalt suxurlarının 1500-1800 dərəcə tempraturda əridilməsi yolu ilə əldə edilən daş yun yanğına qarşı davamlı olmaqla bərabər, mənzillərdən qışda istiliyin, yayda isə sərinliyin itməsinin qarşısını alır”.
Satış müdiri deyir ki, bu binalarda da təmir müştərilərin seçiminə uyğun aparılır: “Siz də görürsünüz ki, burada təmir materiallarının nümuləri var. Gələcək sakinlər hansı materialı bəyənirsə, həmin materialla müştərinin zövqünə uyğun təmir aparılır. Biz  təmirə başlayan zaman müştərini dəvət edirik. Əgər ev sahibi mənzilin layihəsində dəyişiklik istəyirsə, bu da  istəyə uyğun şəkildə aparılır. Hətta elektrik, telefon, internet xəttinin çəkilişi, mənzil sahibinin istəyinə uyğun yerlərdən aparılır. “Razetkalar” ev sahbinin göstərdiyi yerlərdə quraşdırılır. Müştəriyə təmir zamanı gəlib baxmaq  üçün imkan da yaradırıq”.
A. Qurbanovun sözlərinə görə, şirkət müştərilərinə dizaynerlər xidməti də təklif edir: “Əgər müştəri tavana alçibandan müxtəlid fiqurlar istəsə, bu istəyə uyğun dizaynda təmir aparılır”.
Satış müdiri divar kağızlarının İtaliya istehsalı olduğunu, çeşidlərin hər 3 aydan bir dəyişdirildiyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, təmirdə istifadə edilən oboylar İtaliya, kafel-metlax İspaniya, hamam və tualet aksesuarları Türkiyə, palıd parketlər Macarıstan, çöl qapıları Türkiyə, radiatorlar İtaliya istehsalıdır. Jurnalistlərə məlumat verildi ki, “Kristal Abşeron”un “Qara Qarayev” layihəsində 1 kvadrat metr üçün qiymətlər 1250 manatdan başlayır: “Qiymət binanın yerləşməsi mövqeyindən və təhvil veriləcəyi tarixdən asılı olaraq dəyişir. Mənzilləri ilkin ödənişi minimum 20%, illik 7% və 25 il müddətinədək ipoteka ilə də əldə etmək mümkündür”.

Təmirli mənzillərə kupça da verilir


Jurnalistlər tikinti meydanında olaraq aparılan işlərlə maraqlandılar. Burada məlumat verildi ki, “Qara Qarayev” layihəsində yeraltı qarajlar da inşa edilir: “Gördüyünüz bu ərazidə avtomobil saxlanmağa icazə verilməyəcək. Ərazidə yaşıllıq, park salınacaq”. 
Anar Qurbanov onu da bildirdi ki, “Kristal Abşeron”dan alınan mənzillər çıxarışla (kupça) ilə təmin edilir. Mənzil yaşayışa təhvil verildikdən qısa müddət sonra “kupça” da təqdim olunur. Çıxarışı alan mənzil sahibi və ailə üzvləri yeni üvana qeydiyyata düşə bilərlər”.
Buradan sonra üz tuturuq “Kristal Abşeron”un digər iri yaşayış kompleksinə “Yeni Günəşli” layihəsinə… Burada jurnalistlərə məlumat verildi ki, şirkətin “Yeni Günəşli”dəki birinci layihəsi üzrə binalar 2016-cı ildə yaşayışa təhvil verilib: ““Yeni Günəşli 1” layihəsi 4-ü 7 mərtəbəli, digər 4-ü isə 12 mərtəbəli binadan olmaqla cəmi 8 binadan ibarət yaşayış kompleksdir. Bu kompleks 3 ilə tikilərək təhvil verilib. Hazırda inşası davam edən “Yeni Günəşli 2” layihəsi isə 9 binadan ibarətdir. Layihəyə 2015-ci ilin sonunda start verilib. Artıq 3 bina yaşayışa təhvil verilib,  digər binalarda da sürətlə tikinti işləri aparılır”.

"Kristal Abşeron"dan bayram sevinci-Kampaniya gələn ildə də davam edəcək...

Bu kompleksdə də “Kristal Abşeron”nun digər  layihələrində olduğu ki, mənzillər təmirli təhvil verilir. Hazırda mənzillərin güzəştli qiymətlə satışı üzrə kampaniya keçirilir. Belə ki, Yeni Günəşli layihəsində tam təmirli mənzillərin 1 kv metri 995 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu kampaniyanın son tarixi isə 30 yanvar 2018-ci ilə qədərdir”.


Ev arzusunda olanlara isə bu müddətədək yaranmış fürsətdən istifadə etmək, insanların xəyallarını inşa edən “Kristal Abşeron” layihələrindən istifadə etmək qalır...