Türkiyədə növbəti ağır yol qəzası: 16 yaralı

25 Dekabr 2017 18:19 (UTC+04:00)

Türkiyənin şərqində, Diyarbəkir vilayətində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Zərəçəkənlərin hamısı Türkiyə vətəndaşıdır.

Yaralananlar Diyarbəkir dövlət xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. Qəza nəticəsində təqribən 30 azərbaycanlı xəsarət alıb.