Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyir

26 Dekabr 2017 09:53 (UTC+04:00)

Türkiyə Sudanın Suakin adasını almaq istəyir.

Movqe.az-ın məlumatına görə, bunu Sudana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".

Qeyd edək ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.

Trend