İngilis Tomas Əmiral-Mudi “Sarı Gəlin”mahnısını belə oxudu-VİDEO

26 Dekabr 2017 10:18 (UTC+04:00)

Böyük Britaniya vətəndaşı Tomas Əmirəl-Mudi Azərbaycanda yaxın qohumunun toy mərasimində Azərbaycanın qədim mahnısı olan “Sarı Gəlin” mahnısını ifa edib.Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.“Tomas Əmirəl-Mudi Azərbaycanı və Türk dünyasını sevən şəxsdir. Evində Azərbaycan və Türkiyənin bayraqları var. Daima Azərbaycanın tarixi,mədəniyyəti ilə bağlı kitablar oxuyur. Xüsusilə, ölkəmizdə gedən prosesləri ciddi şəkildə izləyir. Tez-tez Azərbaycana gəlir.
Qeyd edim ki, Tomasın xalq mahnılarımızın öyrənməsində azərbaycanlı xanımı Röyalə Əmirəlin böyük rolu var. Övladları 5 yaşlı Əsgər və 3 yaşlı Yelizavet Əmirəllər milli ruhda tərbiyə alırlar.
Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmirəlin (Jonh Naimi Amiral)bacısıdır”.