Xalq artistinin ayaqları tutuldu - FOTO

26 Dekabr 2017 11:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, xalq artisti, teatr və kino aktrisası Safura İbrahimovanın səhhətində problem yaranıb. O, bu haqda Milli.Az-a açıqlama verib:

"Səhhətim yaxşı deyil, ayaqlarım tutulub. Ev şəraitində iynə dərmanla müalicə olunuram. Güc-bəla ilə durub gəzirəm, yoruluram. Heç halım yoxdur ki, telefon zənglərinə cavab verim. Baxmayaraq ki, sabah ad günümdür. Heç ad günü abu-havasında da deyiləm. İstəmirəm kimsə məni təbrik etsin" - deyə aktrisa bildirib.

 

Qeyd edək ki, aktrisanın sabah 78 yaşı tamam olur.