İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edildi

26 Dekabr 2017 14:14 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az  xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilsinlər:

Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri".