Masallıda 7 otaqlı evdə yanğın

26 Dekabr 2017 14:23 (UTC+04:00)

Masallı rayonunda 7 otaqlı evdə yanğın olub.

Movqe.az FHN-ə istinadən xəbər verir ki, rayonun Xəlfələr kəndində ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 140 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.