Almaniyanın axtarışa verdiyi şəxs Azərbaycanda tutuldu

26 Dekabr 2017 14:34 (UTC+04:00)

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlam Azərbaycanda həbs edilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, o, Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir.

T.Abdulsəlamın Almaniyaya ekstradisiyası ilə əlaqədar iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.