Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.

26 Dekabr 2017 17:21 (UTC+04:00)

Movqe.az-ın report-a istinadən  xəbər verir ki, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub. 2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.
Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.