Beyləqanda yük maşını yanıb

27 Dekabr 2017 10:10 (UTC+04:00)

Beyləqanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Beyləqan rayonunda "KAMAZ" markalı yük avtomobilinin kabinəsinin yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.