Helikopterlər alpinistlərin axtarışlarına cəlb olunub

27 Dekabr 2017 10:27 (UTC+04:00)

 Fövqəladə Hallar Nazirliyi (FHN) azərbaycanlı alpinistlərin axtarışına başlayıb. Nazirlikdən Movqe.az verilən məlumata görə, dekabrın 26-da nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmamış və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin helikopterlərdən ibarət aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Zülfiyyə QULUYEVA