Yol qəzası törədən sürücü edam edildi

27 Dekabr 2017 11:18 (UTC+04:00)

Səudiyyə Ərəbistanında 6 nəfərin həyatını itirməsi ilə nəticələnən yol qəzasının günahkarına qarşı çıxarılan edam hökmü icra edilib.

Movqe.az report-a istinadən xəbər verir ki, Məhəmməd əl-Kəhtani Ər-Riyadda edam olunub.

Məlumata görə, o, içkili vəziyyətdə abtomobil idarə edərkən yüksək sürətlə digər maşına çırpılıb. Həmin avtomobildə olan 7 nəfərdən 6-sı, o cümlədən uşaqlar ölüb.