"İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var"

27 Dekabr 2017 11:45 (UTC+04:00)

Movqe.az Trend-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda deyib.

M.Qurbanlı bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var.

Komitə sədri qeyd edib ki, Azərbaycan bu baxımdan nümunəvi ölkədir.

 

O deyib ki, Azərbaycanda dövlət-din modeli mövcuddur.

M.Qurbanlı əlavə edib ki, Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir.