"Könül Xasıyeva 50 dənə ağrıkəsici vurdurmuşdu"

27 Dekabr 2017 13:00 (UTC+04:00)

Əməkdar artist Nüşabə Əlsəgərli xalq artisti Könül Xasıyevadan danışıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, müğənni ad gününə dəvət etdiyi xanəndənin səhhətinin yaxşı olmadığını deyib.

Ələsgərli "Bizimləsən" verilişində deyib ki, K.Xasıyeva ağrıkəsicilərlə ayağa qalxır:

"Könül Xasıyeva ilə tələbə yoldaşı olmuşuq. Oğlunun ad günündə bir araya gəldik. Daha sonra mənim ad günümə gəldi. Dedi ki, 50 iynə vurdurub gəlmişəm. Ağrıkəsicilər vurdururam. Söylədi ki, dörd gündür yerimdən qalxıb otağımdan bayıra çıxmırdım".

 

Qeyd edək ki, K.Xasıyeva onurğa sütutundan əziyyət çəkir.