31 yaşlı piyadanı avtomobil vurdu

27 Dekabr 2017 14:21 (UTC+04:00)

Qazax rayonunda 31 yaşlı piyadanı avtomobil vurub.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Qazax şəhərində qeydə alınıb. 

Belə ki, Qazax rayon Kosalar kənd sakini, 1986-cı il təvəllüdlü Tapdıq Qiyas oğlu Quliyev yolu keçmək istəyərkən avtomobil tərəfindən vurularaq ağır yaralanıb. 

 

Faktla bağlı araşdırma aparılır.