Mağazadan 70 min manatlıq siqaret oğurlandı

27 Dekabr 2017 14:45 (UTC+04:00)

Zərdabda mağazadan 70 min manatlıq siqaret oğurlanıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 70000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Mayıl Əsədov və Abdulla Kərimovsaxlanılıb.