Müdafiə naziri cəbhəboyu zonada hərbi obyektlərə baxış keçirdi

27 Dekabr 2017 16:10 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.