"WhatsApp" bu telefonlarda işləməyəcək

27 Dekabr 2017 16:35 (UTC+04:00)

Gələn ildən “WhatsApp” messencer proqramı bəzi smartfonlarda işləməyəcək.

Movqe.az-ın məlumatına görə, yanvarın 1-dən sonra bu proqram “Windows 8.0” daha köhnə əməliyyat sistemlərində, eləcə də “BlackBerry OS” və ya “BlackBerry 10” əməliyyat sistemlərində çalışan smartfonlarda dəstəklənməyəcək.

 

Qeyd olunur ki, proqramın dəstəklənməsi qismən azaldılacaq, bir neçə ay sonra isə bir sıra qurğularda işini dayandıracaq.

Trend