Bu universitetin işçilərinin əməkhaqqı artırılacaq

27 Dekabr 2017 17:56 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının əməkhaqqı artırılacaq.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, gələn il yanvar ayının 1-dən bu universitetin əməkdaşlarının əməkhaqqı 10 faiz artırılacaq.

Bu barədə universitet əməkdaşlarına Elmi Şuranın son iclasında məlumat verilib.