Ərdoğan: "Bəşər Əsəd terrorçudur"

27 Dekabr 2017 18:17 (UTC+04:00)

Bəşər Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tunis Prezidenti Beji Kaid əs-Sebsi ilə görüşündə deyib.

R.T.Ərdoğan qeyd edib ki, Suriyada B.Əsədlə əməkdaşlıq etmək qətiyyən mümkün deyil:

 

"Çünki o, bir milyona yaxın vətəndaşının ölümünə səbəb olmuş bir dövlət başçısıdır. Suriya xalqı belə birini rəhbər görmək istəyərmi? Açıq şəkildə deyirəm: Əsəd əslində dövlət terroru həyata keçirmiş bir terrorçudur".