Nazir: "Milli valyutamız manatın məzənnəsi sabitləşib"

28 Dekabr 2017 09:50 (UTC+04:00)

Milli valyutamız manatın məzənnəsi sabitləşib. Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.“İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqaisədə təxminən 3,4%-dırsa, fevral ayı ilə müqaisədə 10% möhkəmlənmə baş verib”, deyə nazir qeyd edib.