936 milyonluq ipoteka verilib

28 Dekabr 2017 11:00 (UTC+04:00)

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. Movqe.az Azərtac-a istinadən xəbər verir ki, fondun xətti ilə 21 min 155 ipoteka krediti verilib. “Azərbaycan İpoteka Fondu”nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 936 milyon 070 min 248 manatdan çoxdur.