Bakıda orta yaşlı kişi qolunu kəsərək intihara cəhd edib

28 Dekabr 2017 11:40 (UTC+04:00)

Bakının Binəqədi rayonunda 40 yaşlı kişi intihara cəhd edib. Movqe.az xəbər verir ki, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən mənzildə yaşayan 1977-ci il təvəllüdlü Azər Məmmədov sol bazu sübüyünü iti alətlə kəsib.

Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə məlumat verilib.