İranla sərhəddə 7 kiloqram 445 qram tiryək 5 kiloqram 345 qram heroin

28 Dekabr 2017 12:50 (UTC+04:00)

 

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşşəkil cina­yət­kar dəstə zərərsizləşdirilib.
 
 
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 25-də saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində ta­mah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbay­cana qanun­suz yolla keçirilmə­sinin qarşısı alınıb. 
 
 
Əməliyyat zamanı 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb. 
 
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürrəkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar. 
 
Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.