35 yaşlı kişini it parçaladı

28 Dekabr 2017 13:10 (UTC+04:00)

Tovuz rayonunda 35 yaşlı kişini it dişləyib. Movqe.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Mehman oğluna kənd ərazisində it hücum edib. Nəticədə it V.Məmmədovun sağ ayağı və sağ qolunu parçalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.