İtkin düşən alpinistlərlə bağlı izlər tapılıb - Açıqlama

28 Dekabr 2017 13:40 (UTC+04:00)

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

Bu barədə “Qafqazinfo”ya “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.