Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ

28 Dekabr 2017 15:10 (UTC+04:00)

Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
Movqe.az-ın məlumatına görə, iclasın gündəliyinə daha bir məsələ  salınıb - “Banklar haqqında” qanuna dəyişiklik edilməsi.
Bununla da gündəlikdə olan məsələlərin sayı 18-dən, 19-a qaldırılıb.