Nazir mətbuat katibini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif etdi

28 Dekabr 2017 15:03 (UTC+04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin mətbuat katibi Liya Bayramova  ilə bağlı əmr imzalayıb. Movqe.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin 88 nömrəli 26 dekabr 2017-ci il tarixli əmri ilə Səhiyyə Nazirliyinin Mətbuat katibi Liya Bayramova “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Qeyd edək ki, Səhiyyə nazirliyinin mətbuat şöbəsi media ilə səmərəli əməkdaşlığı ilə seçilir. KİV-lərin Səhiyyə Nazirliyinə ünvanladığı sorğular vaxtında cavablandırılır, keçirilən tədbirlərdə medianın iştirakı üçün şərait yaradılır.

Zülfiyyə QULUYEVA