Baş Prokurorluq: Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması yalandır

28 Dekabr 2017 15:57 (UTC+04:00)

Baş Prokurorluq Prezident Administrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında yayılan məlumatları təkzib edib.

Qurum rəsmisi bildirib ki, F.Abdullazadənin ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.