Akif Əlizadə: Əvvəllər məktəblərdə Azərbaycan dilinin tələffüzünə daha ciddi yanaşılırdı

28 Dekabr 2017 17:39 (UTC+04:00)

"Əvvəllər universitetlərdə ritorik danışığa fikir verilirdi. İndi doktorantların mövzularının yazılışında problemlər olur".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

A.Əlizadə qeyd edib ki, əvvəllər məktəblərdə Azərbaycan dilinin işlənməsinə, danışıq tələffüzünə daha ciddi yanaşılırdı.

A.Əlizadə deyib ki, gənclər dil qabiliyyətinə o qədər də ciddi fikir vermirlər: "Bəzən şikayət edirlər ki, aparıcılar düzgün danışmırlar. Buna qarşı mübarizənin yeganə yolu tədrisin yüksəldilməsidir".