Nazənin Təranənin ittihamına cavab verdi: "Musa telefon işlətmir

28 Dekabr 2017 17:48 (UTC+04:00)

Müğənni Nazəninlə həmkarı Təranə Qumral arasındakı qalmaqal davam edir.Movqe.az-ın məlumatına görə, “Səhər-səhər” verilişində qonaq olan Nazənin Təranənin ona söylədiyi ittihamlara cavab verib:
  “Təranə deyir ki, guya mən Musaya zəng vurmuşam. Ona demişəm ki, Təranədən gizlin rayona toya gedək. Musanın telefon işlətmək ixtiyarı var? Hansı toy sahibi deyə bilər ki, onlara zəng edəndə kişi “alo” deyib? Hər şeyi Təranə həll edir”.
 
Qeyd edək ki, T.Qumral açıqlamasında bildirmişdi ki, “Nazənin Musaya zəng edib və onu Təranəsiz toya dəvət edib”.