54 yaşlı aktyorun ürəyinə batareya yerləşdirdilər - FOTO

29 Dekabr 2017 10:54 (UTC+04:00)

Beş ildir serialda oynamayan aktyor Peker Açıkalın "Baba 1,5" adlı filmdə izləyicilərin qarşısına çıxmağa hazırlaşır.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, filmdə Rüzgar Erkoçların atası rolundakı bir mafiya başçısını canlandıracaq Peker Açıkalın çəkilişlərə start verib.

Bir neçə il öncə əməliyyat olunan 54 yaşlı aktyor ürəyinə batareya (pil) yerləşdirildiyini və prezident Rəcəb Tayyib Ərdoğanın köməyi ilə əməliyyat olunduğunu bildirərək, "Prezidentimizi də inşallah, filmimizin qalasında görmək istəyirik" deyib.