20 gün əvvəl boşansalar da, eyni evdə yaşayırlar

29 Dekabr 2017 12:54 (UTC+04:00)

5 illik ailə həyatlarına 20 gün əvvəl son qoyan aktrisa Yeliz Şarla aktyor Tolqa Güleç hələ də eyni evdə yaşayırlar.
 
Movqe.az axşam.az-a istinadən xəbər verir ki, Yeliz anası ilə alış-veriş zamanı görüntülənib. Aktrisa boşanması ilə bağlı suallara hər kəsi təəccübləndirən cavab verib: 

“Ayrılsaq da, bərabərik. Hələ də eyni evdə yaşayırıq və Yeni ili birlikdə Londonda qarşılayacağıq. Boşanmazdan əvvəl bunu planlaşdırmışdıq. Anam da ayrılmağımıza görə çox pis olur”. 

Yelizin anası isə “Tolqanı çox sevirəm. Bir nəvəm olsun, istəyirdim” deyib.