Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

29 Dekabr 2017 14:18 (UTC+04:00)

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib.

Movqe.az-ın məlumatına görə, müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır.

Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.